Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana işgüzar səfər edib.
Rusiya XİN başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı XİN başçıları Şurasının iclasında iştirak etmək üçün bu gün Ermənistana gedib.
Səfər çərçivəsində Lavrovun Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşləri də nəzərdə tutulub.