Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ Prezidenti Co Baydenin BMT Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilməsi təklifini təqdirəlayiq adlandırıb.
Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarı olduğunu açıqlayıb.
“Biz özümüz də bunun tərəfdarıyıq, inanırıq ki, layiqli namizədlər var”, – Rusiya XİN-dən bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Birləşmiş Millətlər Təşkilatının tribunasından bildirib ki, ölkəsi Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi üzvlərinin sayının genişləndirilməsinin tərəfdarıdır.