32 C
Baku
Tuesday, July 16, 2024

Rusiya XİN: “Biz öz rolumuzu Azərbaycanla Ermənistanın razılaşması üçün görürük”

“Sülh sazişinin hazırlanmasında Bakı və İrəvana köməklik göstərərkən Rusiya Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Həmin təkliflər Bakıda hazırlanıb və konstuktiv nəticə olub. Onlar mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Biz öz rolumuzu onların razılaşması, tərəflərin yaxınlaşmasında görürük”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir.

Son xəbərlər
Digər xəbərlər