Moskva Pekinin Ukrayna üzrə danışıqlar prosesi üçün səy göstərməyə hazır olmasını yüksək qiymətləndirir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Çin rəhbərliyinin sülhə çağırışı çətin ki, Kiyevdəki “kuklalar” tərəfindən adekvat formada qəbul edilsin”, – deyə Zaxarova Çin lideri Si Cinpinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında danışıqları şərh edərkən vurğulayıb.