8 C
Baku
Friday, November 29, 2024

Rusiya XİN: Erməni deputatların Qarabağa səfəri sülhməramlılarla razılaşdırılmayıb

Rusiya sülhməramlı kontingenti ciddi şəkildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının müddəalarına uyğun fəaliyyət göstərir. Qeyd olunan səfər əvvəlcədən Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə razılaşdırılmayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Hesab edirik ki, Rusiyalı sülhməramlılarının 2020-ci il 9 noyabr bəyanatının şərtlərinə zidd hərəkət etməsi barədə verilən açıqlama həqiqətə uyğun deyil. Ümid edirik ki, baş verən insidentlə bağlı tərəflər Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında və Azərbaycan-Ermənistan sərhədinin ayrı-ayrı hissələrində regionda vəziyyəti əlavə gərginləşdirəcək addımlardan çəkinəcək”, – Zaxarova vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər