21 C
Baku
Friday, July 1, 2022

Rusiya XİN: “İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ən arzuolunmaz nəticə verəcək”

“İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti pisləşdirəcək və ən arzuolunmaz nəticə verəcək”.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko aprelin 14-də bildirib.

Onun sözlərinə görə, İsveç və Finlandiyanın neytral statusu onların Avropa İttifaqına yaxınlaşmasına və sonra ona üzvlüyə mane olmadı: “Şimali Avropada yaşayan xalqların fundamental maraqları baxımından hazırkı vəziyyət qorunmalıdır. Bu, hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və qaçılması vacib ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq”.

Nazir müavini deyib ki, Rusiya İsveç və Finlandiya ilə diplomatik təmasları dəstəkləyir: “Diplomatik təmaslar həmişə dəstəklənir. Bunun üçün səfirliklər fəaliyyət göstərir. Ancaq İsveç və Finlandiya sanksiyalara qoşulub, anti-Rusiya kampaniyasında iştirak edir, Qərbə yönəlib. Bu günün reallığı belədir”.

A.Qruşko vurğulayıb ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya təhlükəsizlik və müdafiəsini təmin etmək üçün bir sıra tədbirlər görməyə məcbur olacaq: “Həmin ölkələrin NATO-ya daxil olması hərbi-siyasi şəraitdə radikal dəyişiklik deməkdir”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər