Rusiya XİN Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib

“Moskva Laçın yolundakı durumla bağlı işlərini davam etdirir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bütün tərəflər üçün məqbul həll yolu tapmaq lazımdır.

M.Zaxarovanın sözlərinə görə, Rusiya da Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın işini dəstəkləyir və kartoqrafik materialları təqdim etməyə hazırdır.

Rusiya XİN-in rəsmisi Laçın yolundakı vəziyyətdən də danışıb. O, Laçın yolundan humanitar yardım karvanlarının keçdiyini təsdiqləyib: “Sülhməramlılara qarşı ictimai hücumlar qəbuledilməzdir. Onlar regionda sülhün təminatçısıdır”.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər