26 C
Baku
Saturday, July 27, 2024

Rusiya XİN: “Lavrov Blinkenlə danışacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz qrafiki imkan verdiyi zaman ABŞ dövlət katibi Entoni Blinkenin onunla telefon danışığı aparmaq xahişinə diqqət yetirəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov vaxt tapdıqca bu xahişə diqqət yetirəcək. İndi onun gərgin beynəlxalq təmas cədvəli var: Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurası, ikitərəfli görüşlər”, – Zaxarova deyib.

Daha əvvəl – cümə axşamı övlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays ABŞ tərəfinin Blinken və Lavrov arasında danışığı təşkil etmək üzərində çalışdığını bildirib.

“Onların nə vaxt danışa biləcəkləri ilə bağlı məndə yeni məlumat yoxdur. Amma biz müvafiq kanallar vasitəsilə bunu müzakirə etməyə davam edirik”, – o deyib.

Bununla belə, Prays qeyd edib ki, Blinken yalnız bir sıra mövzulara toxunmaq niyyətindədir və söhbət Ukrayna böhranı ilə bağlı olmayacaq. O, həmçinin qeyd edib ki, danışıq aparılsa da, bu, ABŞ və Rusiya arasında qarşılıqlı əlaqələrin normallaşması sayıla bilməz.

“Bunlar Ukrayna ilə bağlı danışıqlar olmayacaq. Bu, normal qarşılıqlı fəaliyyətə qayıtmaq olmayacaq”, – o bildirib.

Bundan əvvəl Blinken yaxın günlərdə Lavrovla danışıq aparmaq niyyətində olduğunu bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər