18 C
Baku
Tuesday, April 30, 2024

Rusiya XİN: Qərbin yaratdığı Zelenski obrazı artıq tükənib, dünya onu qəbul etmir

Ukrayna prezidenti Vladimir Zelenski ilə bağlı Qərbin formalaşdırdığı imicinin resursu tamamilə tükənib, dünya auditoriyası artıq onu qəbul etmir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Rusiyalı diplomat Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskinin Qərb mediasında daha fəal görünməyə başladığına diqqət çəkib.

“Onun ABŞ-a səfəri, jurnalların üz qabığı, bunkerdə fotosessiyalar… Hətta Ukrayna prezidenti də indi həyat yoldaşının fonunda müsahibələr verir. Səbəb bayağıdır – Zelenski yorulub, dünya tamaşaçısı artıq onu qəbul etmir, ondan doyublar”, – deyə Zaxarova yazıb.

Rusiya XİN rəsmisi bildirib ki, gerçəkləşməyən qələbə olmadan hərbiləşdirilmiş imic başqasına dəyişdirilə bilməz və Qərb yeni ünsiyyət formatı formalaşdırmaq iqtidarında deyil: “Zelenskinin resursu tamamilə tükənib, obrazı ümidsizcə çürüyüb, ona görə də artıq o, ədviyyatsız təqdim edilmir”.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər