8 C
Baku
Sunday, November 17, 2024

Rusiya XİN: Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək

Rusiya Ukraynada hərbi əməliyyatlar zamanı nüvə silahından istifadə variantını nəzərdən keçirmir, bunu Rusiya nümayəndə heyətinin nümayəndəsi Aleksandr Trofimov Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə konfransında çıxışı zamanı deyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Bu məsələ ilə bağlı Rusiyanın doktrinal qaydaları məlumdur və son dərəcə aydındır. Biz hipotetik olaraq nüvə reaksiyasına yalnız kütləvi qırğın silahlarının tətbiqi ilə təcavüzə cavab olaraq, dövlətin mövcudluğu təhlükə altında olduqda icazə veririk. Bu hipotetik ssenarilərin heç biri Ukraynadakı vəziyyətə aid deyil”, – deyə Aleksandr Trofimov söyləyib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından üç gün sonra, fevralın 27-də Rusiya Prezidenti Vladimir Putin hərbçilərə çəkindirmə qüvvələrini “xüsusi döyüş rejiminə” keçirməyi əmr edib. O, bu addımını Qərb ölkələrinin “qeyri-dost hərəkətləri”, eləcə də Rusiyaya qarşı “aqressiv” ritorikası ilə əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər