10 C
Baku
Sunday, April 14, 2024

Rusiya XİN sülhməramlıların Aİ-nin Ermənistandakı missiyasına reaksiya verəcəklərinə dair xəbərdarlıq edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda yerləşdiriləcək Avropa İttifaqının (Aİ) mülki missiyası ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Aİ-nin Ermənistan-Azərbaycan sərhədində iki illik missiya yerləşdirməsi barədə qərarı ilə bağlı bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Aİ-nin müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafına uyğun reaksiya verəcək.

Rusiya XİN əminliyini ifadə edib ki, yaxın gələcəkdə regionda sabitlik və təhlükəsizliyin əsas amili Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti, habelə Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olaraq qalır.

“Onlar Aİ müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafını nəzərə alaraq cavab verəcəklər”, – əlavə olunub.

Son xəbərlər
Digər xəbərlər