7 C
Baku
Thursday, January 16, 2025

Rusiya XİN: Ukrayna taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir

Ukrayna Qara dənizdəki taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşündə deyib.

“Görüş zamanı beynəlxalq platformalarda Rusiya-Türkiyə əməkdaşlığının əsas istiqamətləri, ilk növbədə, Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınması üzrə “Qara dəniz Təşəbbüsü” bu yaxınlarda Kiyevin Sevastopola qarşı törətdiyi terror aktı kontekstində təhlil edilib”, deyə Rusiya XİN-nin yaydığı məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər