25 C
Baku
Sunday, July 21, 2024

Rusiya XİN: Ukraynaya tədarükü nəzərdə tutulan F-16-ları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik

Moskva ümid edir ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə ilə bağlı qarşıdakı təlimləri Qərbdə “qaynar başları” “soyudacaq”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Ümid edirik ki, bu, onlara yaratdıqları strateji risklərin mümkün fəlakətli nəticələrini anlamağa yardım edəcək və onlar həm Kiyev rejiminə kömək etməkdən, həm də Rusiya ilə birbaşa silahlı qarşıdurmaya sürüklənməkdən imtina edəcəklər”, – bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlər NATO ölkələrinin son döyüş xarakterli bəyanatları kontekstində nəzərdən keçirilməlidir.

Bəyanatda, həmçinin bildirilib ki, Rusiya Ukraynaya tədarükü nəzərdə tutulan F-16 qırıcı təyyarələrini, modifikasiyasından asılı olmayaraq nüvə silahının daşıyıcıları kimi qəbul edəcək: “ABŞ istehsallı çoxfunksiyalı F-16 təyyarələrinin yaxın zamanda Ukraynada olacağı gözlənilir. Bu təyyarələrin hansı spesifik modifikasiya ilə təchiz olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik. Həmçinin ABŞ və NATO-nun bu addımını məqsədyönlü təxribat kimi qiymətləndirəcəyik”.

Son xəbərlər
Digər xəbərlər