Rusiya və Türkiyə yaxın günlərdə BMT-nin gündəmindəki çoxtərəfli məsələlərlə bağlı məsləhətləşmələr aparacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən o da qeyd olunub ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin məsləhətləşmələr üçün mayın 2-də İstanbula gedəcək.
“Bu, BMT-nin gündəliyindəki çoxtərəfli məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu olacaq”, – bildirilib.