-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya XİN: “Yaxın vaxtlarda “3+3″ formatının ikinci iclası keçirilə bilər”

Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın iştirakı ilə “3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

Onun sözlərinə görə, hazırda “3+3” formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati məsələlərlə bağlı iş görülür. O, görüşün yaxın aylarda baş tutacağına ümid etdiyini vurğulayaraq deyib: “Bütün iştirakçılara, o cümlədən Gürcüstana dəvət göndərilə bilər”.

D.Qonçar iştirakçılar arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3”in məsləhətçi regional platformanın yaradılmasının faydalı olacağına əmin olduqlarını söyləyib: “Xatırladıram ki, 2021-ci ilin dekabrında Moskvada keçirilən təsis yığıncağı zamanı ümumi maraq doğuran mövzular bunlar olmuşdu: iqtisadi ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə”.

Son xəbərlər
Digər xəbərlər