35 C
Baku
Thursday, June 20, 2024

Rusiya Yaponiya ilə bu sahədə əməkdaşlıq sazişini dayandırdı

Rusiya Yaponiya ilə dəniz balıqçılığı sahəsində əməkdaşlıq sazişini dayandırıb.

Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb.

Zaxarova Rusiya ilə Yaponiya arasında 1998-ci ildə dəniz balıqçılığı sahəsində əməkdaşlıq müqaviləsi imzalandığını xatırladıb.

Müqavilənin “Yapon balıqçılarına Rusiya tərəfinin verdiyi kvota çərçivəsində Kuril adalarında balıq tutmağa icazə verdiyini” ifadə edən Zaxarova Yaponiyanın müqavilədən irəli gələn maliyyə öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb.

“Təəssüflər olsun ki, Yaponiya hökumətlər arasında sazişin tərkib hissəsi olan Saxalin vilayətinə pulsuz texniki yardımın göstərilməsi haqqında sənədin imzalanmasını gecikdirməklə, sazişə əsasən etməli olduğu ödənişləri dondurmaq mövqeyindədir. Biz hazırkı vəziyyətdə Yaponiya tərəfi bütün maliyyə öhdəliklərini yerinə yetirənə qədər 1998-ci il müqaviləsinin dayandırılmasına qərar vermək məcburiyyətindəyik”, – Zaxarova qeyd edib.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər