Rusiya Yaponiya ilə sülh danışıqlarından imtina edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Cənubi Kuril adalarında birgə təsərrüfat fəaliyyətlərinin yaradılması ilə bağlı Tokio ilə dialoqdan çıxır. Bundan əlavə, rəsmi Moskva yaponların Cənubi Kuril adalarına vizasız gediş-gəlişini də dayandırır.