9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Yaponiya parlamentinin Nümayəndələr Palatasının 384 üzvünə sanksiya tətbiq edib

Rusiya Yaponiya parlamentarilərinə sanksiya tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiya parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) 384 üzvünə sanksiya tətbiq edilib.

İyulun 14-dən “qara siyahı”ya düşən bütün şəxslərin Rusiyaya girişi qadağan edilib.

Qeyd olunub ki, bu qərar aprel ayında Yaponiya hökuməti tərəfindən Dövlət Dumasının deputatlarına qarşı sanksiyalara cavab olaraq qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər