17 C
Baku
Cümə, May 20, 2022

Rusiya yaxın günlərdə defolt elan edə bilər

Rusiya yaxın günlərdə defolt elan edə bilər.

Bu barədə “Standard & Poor’s” agentliyi məlumat yayıb.

Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək.

Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər.

Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib.

Lakin bu müddətdə borcun ödəniləcəyi real görünmür.

Analitiklər bununla da ölkə iqtisadiyyatının tamamilə çökəcəyini proqnozlaşdırır.

Bu isə son 100 ildə Rusiyanın üzləşdiyi ilk daxili defolt kimi tarixə düşəcək.

Ölkə buna qədər 1998-ci ildə xarici öhdəlikləri üzrə defoltla üzləşib. Lakin hazırda baş verənlər xarici borclar üzrə 1917-ci ildən bəri ilk analoji haldır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər