10 C
Baku
Thursday, December 12, 2024

Rusiya yeni COVID-19 peyvəndi hazırlayıb

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.

Bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

O, qeyd edib ki, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.

Hazırda “Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”, – o deyib.

“Mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır”, – direktor bununla bağlı suala cavabında vurğulayıb.

“Delta-omikron”un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir. Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər”, – Gintsburq əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər