26 C
Baku
Saturday, July 27, 2024

Rusiyada yeni pul köçürmələri sistemi işə düşüb – 37 ölkədə işləyəcək

Rusiyada “Kwikpay” adlı yeni ödəniş sistemi peyda olub, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Qeyd olunur ki, sistem sanksiyalara məruz qalan banklarla işləmir.

“Kwikpay” saytında müştərilərinin Rusiyadan başqa daha 37 ölkəyə köçürmələr edə biləcəyi deyilir. Bunlar MDB ölkələri, həmçinin Vyetnam və Filippin kimi bir sıra Avropa və Asiya dövlətləridir. Sistemin tariflərinə uyğun olaraq, komissiya köçürmə məbləğinin 0-5 faizi qədərdir. Ödəniş sisteminin tətbiqi “Mir”, “Visa” və “Mastercard” kartlarını da qəbul edir.

Bu yaxınlarda məlum olub ki, Rusiya Mərkəzi Bankı ölkənin “Mir” ödəniş sisteminin kartlarını digər ölkələrə gətirmək istəyir. Və bunun bu il həyata keçirilməsi planlaşdırılır. Məsələn, “Mir” kartı Kubada tətbiq olunur, ölkə hakimiyyəti hazırda POS terminallar quraşdırır.

Son xəbərlər
Digər xəbərlər