7 C
Baku
Monday, February 6, 2023

Rusiya yeni xarici siyasət konsepsiyası hazırlayır

Rusiya Federasiyasının yenilənmiş xarici siyasət konsepsiyası hazırlanır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, layihə üzərində iş gedir və konsepsiya sənədinin hazırlanması tezliklə yekunlaşdırılacaq.

“Rusiya Federasiyasının xarici siyasətinin yeni konsepsiyası Putinin fərmanı ilə Təhlükəsizlik Şurasının iclası keçirilmədən təsdiq oluna bilər”, – deyə o bildirib.

Bundan əlavə, Kreml rəsmisi Ukraynaya görə Qərb ölkələrini tənqid edib: “Rusiya Federasiyası Avropa ölkələrinin Ukraynaya ağır texnika tədarük etmək qərarını çox mənfi qiymətləndirir, onları ukraynalıların gələcəyi maraqlandırmır. Qərbin Ukraynaya ağır zirehli texnika verməsi vəziyyəti dəyişdirmək iqtidarında deyil”.

Vaqner qrupu ilə rəsmi Moskva arasında fikir ayrılığı barədə yayılan məlumatları təkzib edən D.Peskov bunun ancaq informasiya sferasında olduğunu iddia edib.

Son xəbərlər
Digər xəbərlər
X