7 C
Baku
Thursday, February 6, 2025

Rusiya yenidən Slovakiyaya qaz tədarük etməyə başlayıb

Rusiyanın “Qazprom” şirkəti fevralın 1-dən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan SPP şirkətinə “Türk axını” vasitəsilə qaz tədarük etməyə başlayıb.

Bu barədə SPP-nin rəhbəri Vojtech Ferencz bildirib.

Onun sözlərinə görə, aprel ayından qaz tədarükü iki dəfə artacaq. “Qazprom Export” ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.

“Biz onu (müqaviləni – red.) ləğv etmirik”, – Vojtech Ferencz vurğulayıb.

Qeyd edək ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb. Slovakiya da bu tranzit vasitəsi ilə qaz alırdı.

Xatırladaq ki, 1 dekabr 2024-cü il tarixindən SOCAR tərəfindən Slovakiyanın SPP şirkətinə qaz təchizatına başlanılıb. Qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər