Rusiya mütəxəssisləri yerətrafı orbitin radiasiya nəzarəti sistemini yaradıb və bu təcrübəni Avropadakı həmkarları ilə bölüşməyə hazırdırlar.
Bu bəyanatla Rusiyanın D.Skobeltsın adına Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun direktoru Mixail Panasyuk çıxış edib. Onun sözlərinə görə, bu nailiyyət radiasiya dozimetrlərinin müxtəlif orbitlərdə uçan kosmik aparatlarda yerləşdirilməsi sayəsində mümkün olub. “Məsələn, dozimetrlər aşağı orbitdə uçan “Meteor-M”, orta orbitdə “Qlonassax” və geostasionar “Elektro-L” kosmik aparatlarında quraşdırılıb”, -deyə o əlavə edib.
Rusiya mütəxəssisləri Avropa İttifaqı ilə həyata keçirilən “CREAT” layihəsi çərçivəsində də kosmik radiasiyanın canlı və canlı olmayan materiallara, həmçinin Yerin atmosferinə təsirini araşdırırlar. Qeyd olunur ki, Yer kürəsinin 4 min və 17 min yüksəkliklərdə iki radiasiya qurşağı mövcuddur. Onlar planetimizi Günəşdən və Qalaktikadan gələn ağır radiasiya yüklü hissəciklərdən qoruyurlar.
©Azərtac