12 C
Baku
Saturday, November 23, 2024

Rusiya “YouTube”-a girişi əngəlləməyəcək

“Rusiya hakimiyyəti “YouTube” videohostinqinə girişi əngəlləmək niyyətində deyil”.

Banker.az xəbər verir ki, bunu Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev bildirib. “Hər şeydən əvvəl, nəyisə məhdudlaşdıran zaman aydın başa düşməliyik ki, istifadəçilərimiz əziyyət çəkməyəcək”, – deyə rusiyalı nazir vurğulayıb.

O xatırladıb ki, Rusiyanın qarşısında onunla rəqabət apara biləcək Amerika video platformasının analoqunu yaratmaq vəzifəsi durur.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə ölkədə internetin söndürülməsi ehtimalını istisna etdiyini bildirib. Onun sözlərinə görə, prezidentin indi aydın şəkildə qarşıya qoyduğu tapşırıqlar yerinə yetiriləcək və heç kim internetə çıxışsız qalmayacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər