Rusiya NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı aldadılıb. NATO bir qarış da genişlənməyəcək desələr də, şimal alyansında bir neçə genişlənmə dalğası olub.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putin xatırladıb ki, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin oluna bilməz.
O vurğulayıb ki, Rusiya yox, Qərb aqressivdir: “Rusiya səkkiz ildir ki, Donbasdakı problemləri sülh yolu ilə həll etməyə çalışıb, lakin Qərb Rusiyanı aldadıb və orada elan olunmamış müharibə aparıb.
Qərb separatizmi və terrorizmi “Rusiyaya qarşıdırsa, hər şey yaxşıdır” prinsipi ilə təşviq edib. Qərb Rusiyanın xəyali aqressivliyini bəhanə edərək yenidən silahlandırmaq niyyətindədir, qoy yenidən silahlansın”.
Rusiya Prezidenti qeyd edib ki, Qərblə “birtərəfli oyun” başa çatıb.