Rusiya Ermənistanın Sünik vilayətində konsulluğun açılması ilə bağlı müraciət etməyib.
Bunu Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, Sünik vilayətində konsulluğun açılması məsələsi ilə bağlı səfirlik vasitəsilə Ermənistan tərəfinə heç bir müraciət daxil olmayıb.
Xatırladaq ki, Ermənistanın “Joğovurd” nəşri İranın Qafanda baş konsulluğunun açılışından sonra Rusiya səfirliyi tərəfindən də analoji təkliflə müraciət edildiyini yazmışdı.