6 C
Baku
Saturday, December 14, 2024

Rusiya “Zelenski Fondu” yaradır 

Rusiya Qərbi Avropada Ukrayna Prezidenti Volodimir Zelenskini nüfuzdan salmaq üçün informasiya savaşına hazırlaşır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Federasiyası Prezidentinin administrasiyası ölkənin xüsusi xidmət orqanlarına bağlı yeni strukturun yaradılmasına qərar verib.

Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, kampaniya müəllifləri “Zelenski Fondu” adı altında saxta sayt yaratmağı planlaşdırır. Bu fond vasitəsilə xarici ölkə vətəndaşlarına və beynəlxalq qurumlara müxtəlif təkliflərin göndərilməsi nəzərdə tutulur.

“Fondun çeşid xətti”nin yaradılması və sonradan nəşri, onun Avropanın ticarət meydançalarında qeydiyyata alınması planlaşdırılır. Fondun Avropa ölkələrində təşkilati strukturunun işinin “şəbəkə” prinsipi əsasında inkişaf etdirilməsi hədəflənir. Bu, təşkilatçıların fikrincə, göstərilən məlumatların Avropa media məkanında fəal şəkildə yayılmasına imkan verəcək”, – deyə kəşfiyyat məlumatında qeyd olunub.

Diqqətə çatdırılıb ki, Rusiya bununla Avropa ölkələrində Zelenskinin nüfuzdan salmağı qarşısında məqsəd qoyub.

 

 

Son xəbərlər
Digər xəbərlər