Yaxın vaxtlarda əcnəbilərin Rusiyaya giriş, çıxış və qalma müddəti məsələlərini tənzimləyən yeni qanun qəbul ediləcək.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, yeni qanunun əcnəbilərin ölkəyə gəlməsi, ölkədən çıxışı və qalma müddəti ilə bağlə bütün məsələlərini tənzimləyəcəyini bildirib.