18 C
Baku
Saturday, November 2, 2024

Rusiyada 2025-ci ildə ilk hidrogen yanacaqdoldurma məntəqələri istifadəyə veriləcək

Rusiyada hidrogenlə işləyən avtomobillər üçün ilk 100 yanacaqdoldurma məntəqəsi 2025-ci ildə istifadəyə veriləcək.

Bu barədə hökumətin təsdiq etdiyi 2030-cu ilə qədər elektrikli nəqliyyat vasitələrinin istehsalının inkişaf etdirilməsi konsepsiyasında bildirilir.

Məlumata görə, 2025-ci ildən 2027-ci ilə qədər Rusiyada ildə 100, 2028-ci ildə 300, 2029-2030-cu illərdə isə 200 (hər il) hidrogen yanacaqdoldurma məntəqəsi açılacaq. Beləliklə, 2030-cu ilədək ölkədə hidrogenlə işləyən avtomobillər üçün 1 000 yanacaqdoldurma məntəqəsi tikiləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər