Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina öz vəzifəsinə 24 iyun 2013 ildə təyinat aldıqdan indiyə qədər 300 bankın lisenziyasını geri çağırmışdır. Onun təyinatı dövründə Rusiyada 893 bank fəaliyyət göstərirdi. 1 405 günə Rusiya Mərkəzi Bankı 302 bank lisenziyasını geri çağırmış, 45 lisenziyanı ləğv etmiş və 5 yeni lisenziya vermişdir.
Azərbaycanda iqtisadi vəziyyə Rusiyaya oxşar olsada, məsələnin qoyuluşu nisbətən fərqlidir.
İlkin olaraq, böhran başladıqdan sonra bank sektorunun qanunverici orqanının səlahiyyətləri alınaraq publik şəxsə, Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürüldü.Bu prosesin bir qədər uzanmasına gətirib çıxarsada, artıq Palata bir neçə bankın lisenziyasın əlindən almışdır. Banker.az mütəxəssislərinin fikrincə, bundan sonra banklardan lisenziyanın alınması prosesi səngiyəcək – proses yerdə qalan bankların birləşdirilməsi fazasına qədəm qoyub.Artıq ilkin birləşmə prosesi , AtaBank ilə CDB bankın birləşməsinə start verilmişdir. Bazarda birləşməsi gözlənilən bir neçə bankda vardır. Bu proses böyük ehtimalla gələn ilin ortasına qədər yekunlaşacaq. Düşünürük ki, prosesin lazımı səviyyədə və sürətlə aparılmasına birbaşa təsiri məhz manatın məzənnəsinin stabilləşməməsidir.
Hər bir oxucuda təbii bir sual yaranır, birləşmə və bağlanma məsələsi bu qədərmi vacibdir? Hazırda böhranın olması nəzərə alınsa, bu məsələnin labüdlüyü çox adamda şübhə yaratmasada, unutmayaq ki, məsələ hələ bankların firavan bir həyat sürdüyü dövrə – 2013, 2014-cü illərdə Mərkəzi Bank rəhbərliyi tərəfindən ortaya atılmışdır. Hələ o zaman deyilirdiki, Azərbaycanda bank sayı çoxdur və bu azaldılmalıdır. Uzun illərdir Mərkəzi Bank ilə münasibətləri normal saxlayan və pis vəziyyətdə olan bankların bağlanması məsələsi Mərkəzi Bank tərəfindən təxirə salınırdı. Artıq böhran baş verəndən və sələhiyyətlər Palataya alınıb veriləndən sonra, MBNP öz növbəsində banklara öz gücünü,nüfuzunu həmdə işinin nəticəsini göstərmək üçün bir neçə bankı bağladı.
Əslində məsələnin ikinci tərəfi varki,hazırda o hələki görsənmir. Banklar niyə görə bağlanır? Bu sadəcə əvvəlcədən nəzərdə tutulmuş ssenarinin davamıdır ya işləyə bilməyən bankların bağlanması ilə bazarı idarə etməni asanlaşdırmaq üçün kiçiltməkdir? Təbii ki,bu sualın cavabı yalnız yeni banka lisenziya verildikdən sonra məlum olacaq (daxili bazar nümayəndələri üçün). İlkin informasiyaya görə, bu il yeni banka lisenziya verilə bilər – lakin bu xarici banklardan biri olacaqdır ki, bu halda biznesdən çox siyasi xarakter daşıyır. Bu suala cavabı zaman göstərəcəkdir.
Əslində, bazarda bankların çox olmasını Banker.az analitikləri heçdə pis hal kimi qarşılamırlar. Bu həm bazarda geniş sayda məhsulların təqdimi, həm bankların monopoliyasının qarşısının alınmasına mübət təsir edir. Lakin, o fikirlədə razıyıq ki, bazarda qalan banklar sağlam banklar olmalıdr. Hələki bazardan uzaqlaşdırılan bankların demək olar hamısı qeyri sağlam banklar olub. Maraq xatirinə, aşağıda dünya ölkələrində hər 100 min nəfərə düşən bankların sayı ilə bağlı cədvəli təqdim edirik:
- Avstriya — 7,18.
- Almaniya — 2,09.
- ABŞ — 1,57.
- İtaliya — 1,02.
- Rusiya — 0,39.
- Azərbaycan – 0,35
- Çin — 0,30.
Banker.az analitiklərinin fikrincə, hazırda MBNP üzrinə çox ciddi bir yük düşüb, böhran şəraitində bankların sağlamlaşması. Nəzərdən qaçırmayaq ki, bağlanan banklar artıq əmanətlərin sığortalanması fondunun vəsaitlərini demək olar ki, tükəndirib və Palatanın prosesi aparmasından asılı olaraq, uğursuz nəticə Mərkəzi Bank tərəfindən Fonda yeni tranşın, yəni xərcin olması deməkdir. Məsələnin rahat tərəfi isə, birləşmə və bağlanma prosesində buraxılmış səhvlərin rahatlıqla böhran üzrəinə atmaq alternativi vardır.