Fevralın 24-dən sonra Rusiyada fəaliyyətini məhdudlaşdırmaq qərarına gələn iyirmidən çox beynəlxalq şirkət adını dəyişərək işlini davam etdirir. Onlardan bəziləri loqosunu latın əlifbasından kiril əlifbasına dəyişdirib (“L’Occitane” – “л’Окситан”) , digərləri isə adının yalnız baş hərflərini saxlayıb (“Reserved” – “RE”).
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkəni həmişəlik tərk etmiş şirkətlərin yeni sahibləri loqonu kökündən dəyişib. Məsələn, “McDonald’s” restoranlar şəbəkəsi “Vkusno i Tochka”, “Shell” isə “Teboil” olub.
Rusiyada adını dəyişmiş brendlərin tam siyahısı:
Geyim və kosmetika
L’Occitane – л’Окситан
Reserved – RE
Cropp – CR
House – XC
Mohito – M
Sinsay – Син
Levi’s – JNS
Maliyyə şirkətləri
Zurich – Turikum
EY – Б1
Deloitte – Деловые решения и технологии
PwC – Технологии доверия
Yanacaqdoldurma məntəqələri şəbəkələri
Shell – Teboil
Hotellər
The Ritz-Carlton – The Carlton Moscow
Crowne Plaza Moscow WTC – Plaza Garden Moscow WTC
Holiday Inn Express Moscow Khovrino – Satelinn Moscow Khovrino
Jurnallar
Cosmopolitan – VOICE
Esquire – Правила жизни
Harper’s Bazaar – The Symbol
Домашний очаг – Новый очаг
Men’s Health – Men Today
Популярная механика – TechInsider
Qida və restoranlar
McDonald’s – Вкусно и точка
Valio – Viola
Fazer Group – Хлебный дом
Coca-Cola – Добрый Cola
Fanta – Добрый Orange
Schweppes – Rich тоник
Lay’s – Layc
Maxibon – Maxiduo
Extreme – Sunreme
Hələki adını dəyişməyənlər
KFC
Pizza Hut
Nokia
Marks & Spencer