16 C
Baku
Sunday, November 3, 2024

Rusiyada “Aİ-95” benzininin birja qiyməti rekord həddə çatıb

Sankt-Peterburq beynəlxalq əmtəə-xammal birjasında “Aİ-95” markalı benzinin dəyəri 2020-ci ilin tarixi rekordunu yeniləyib.

“Aİ-92”-nin qiyməti isə ardıcıl olaraq üçüncü gündür ki, rekord həddə çatır.

Məlumata görə, çərşənbə günü ticarətin nəticələrinə görə “Aİ-95”-in qiyməti Rusiyanın Avropa hissəsinin ərazi indeksinə əsasən sutka ərazində 0,59 % artaraq bir ton üçün 59 849 rubl təşkil edib. Bununla da ötən ilin iyulunda 59 784 rubl səviyyəsində qeydə alınan rekord yenilənib.

Qeyd edilir ki, ticarət gününün nəticələrinə görə, “Aİ-92”-nin qiyməti sutka ərzində 0,55 % artaraq bir tona görə 57 061 rubl olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər