17 C
Baku
Thursday, June 27, 2024

Rusiyada aksiz dərəcələri artırılır

Rusiyada aksiz dərəcələrinin bu il aprelin 1-dən artırılması barədə qanun təsdiqlənib.

Vergilər.az saytı xəbər verir ki, yeni qanuna əsasən, avtomobil benzini, dizel yanacağı və texnoloji benzinə tətbiq olunan aksizlərin dərəcəsi artırılır.

Maliyyə Nazirliyinin proqnozlarına görə, aksiz dərəcələrinin yüksəlməsi ilə əlaqədar olaraq, ilin sonunadək ölkədə benzinin qiyməti 6,5 faiz artacaq. Belə ki, beşinci dərəcəli benzinin bir tonu üçün aksiz hazırda 7530 rubl (156 manat) təşkil edirsə, artımdan sonra bu göstərici 10 min130 rubla (210 manata) çatacaq.

Artırılmış tariflər 2016-cı ilin sonuna qədər saxlanılacaq. Hökumətin planına əsasən, 2017-ci ildə aksiz dərəcələri yenidən aşağı salınaraq 2015-ci il səviyyəsinə gətiriləcək.

AZƏRTAC

Son xəbərlər
 ⁠
Digər xəbərlər