19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Rusiyada Avropanın ən böyük günəş paneli zavodu tikiləcək

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiyanın “Unigreen Energy” şirkəti Klaininqrad əyalətinin Çernayovsk şəhərində inşa edəcəyi günəş paneli zavodu üçün “Limak” şirkətlər qrupunun Rusiyadakı törəmə müəssisəsi olan “Limak Maraş”la müqavilə imzalayıb.

Bu barədə xarici mətbuat xəbər verir.

Ümumi dəyəri 24,7 milyard rubl olan bu müəssisə Avropanın ən böyük günəş paneli istehsalı fabriki olacaq.

“Unigreen Energy”nin törəməsi olan və “EnCore” adını daşıyacaq yeni zavod Çernayovsk sənaye zonasında yerləşəcək. Zavodun inşası ilə Avropada günəş enerjisi sektorunun da dəyişəcəyi və tədarük zənciri ilə əlaqədar risklərin azalacağı gözlənilir. Zavodun 2022-ci ilin sonuna qədər istehsala başlaması hədəflənib. Zavodda son zamanlarda yüksək tələbat olan və çox yüksək səmərəliliyə malik olan HJT texnologiyası ilə güneş panelleri istehsal olunacaq.

Zavodda istehsal olunacaq günəş panellərinin əhəmiyyətli bir hissəsi Avropa, Asiya və digər yerlər də daxil olmaqla xarici ölkələrə ixrac ediləcək. “EnCore” və “Limak Marash” arasında imzalanan müqaviləyə əsasən, zavodun istifadəyə verilməsi 2023-cü ilin mart ayında tamamlanacaq. Ümumi 7 hektar sahədə inşa ediləcək obyekt kommunikasiya infrastrukturu ilə birlikdə 14 binadan ibarət olacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər