28 C
Baku
Saturday, July 27, 2024

Rusiyada azərbaycanlı xidmət aqreqatoru olan Mambo24 fəaliyyətə başlayacaq

2015-ci ilin oktyabr ayının əvvəllərində Rusiyada özündə qida çatdırılması, məhsul sifarişi, kupon və aviabiletlərin satışını birləşdirən azərbaycanlı xidmət aqreqatoru olan Mambo24 fəaliyyətə başlayacaq. Bu haqda məlumatı isə Rusiyanın “Ведомости” qəzeti xidmətin yaradıcısı olan Emin Qarayeva istinadən vermişdir.

Mambo24 xidmətinin rus versiyasının açılmasına təqribən 1,5 milyon dollar yatırılıb. Bununla yanaşı, xidmət yaradıcıları aylıq təqribən 25 milyon rubl həcmində gəlir planlaşdırırlar ki, bu məbləğin də 6-7%-i xalis gəlirdir. Emin Qarayevin sözlərinə görə, layihənin inkişaf modeli məhsul və partnyorların maksimum şəkildə sürətli artımına əsaslanmışdır. Hazırda xidmətə 150-dən çox partnyor qoşulmuş, daha 50 partnyorla isə danışıqlar davam etdirilir. 4 aylıq iş müddətindən sonra xidmətdə təklif edilən məhsulalrın sayı 150 000-ə çatdırılmışdır və 2015-ci ilin sonuna qədər bu göstəricinin 500 000 olacağı gözlənilir.

Emin Qarayev həmçinin bildirmişdir ki, Mambo24 2016-cı ilin ilk yarısında Türkiyə bazarına çıxması ilə bağlı danışıqlar aparır və şirkət nümayəndələri artıq həmin ölkənin iki – I Lab Ventures və Business Angel fondu ilə danışıqlar aparmışdır. Qeyd edək ki, hər iki fond layihəni təqribən 1,2 milyon dollar həcmində maliyyələşdirə bilər.

Son xəbərlər
Digər xəbərlər