26 C
Baku
Saturday, July 27, 2024

Rusiyada azərbaycanlılara milli mənsubiyyətlərini qeyd etmək imkanı veriləcək

Rusiyada 2020-ci ilin oktyabr ayında keçiriləcək əhalinin siyahıyaalınması zamanı ölkə sakinlərinin milli mənsubiyyətini qeyd etmələrinə imkan veriləcək.

Bunu Rusiya Federasiyası Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin sədri İldar Qilmutdinov deyib.

Onun sözlərinə görə, hər kəs milli mənsubiyyətini necə adlandırsa, rəsmi şəkildə elə də qeydə alınacaq.

İ.Qilmutdinov deyib ki, Konstitusiyanın 26-cı maddəsində vətəndaşları milli mənsubiyyətlərini müəyyənləşdirməyə məcbur etməyin qadağan olunduğu qeyd olunur.

Siyahıyalmada təkcə ruslar deyil, həm də Rusiyada daimi və ya müvəqqəti yaşayan əcnəbilər də iştirak edəcək.

Siyahıyaalma 2020-ci il oktyabrın 1-də başlayacaq.

Qeyd edək ki, hazırda Rusiyada təqribən 2 milyona yaxın azərbaycanlı yaşayır.

©Virtual.org

Son xəbərlər
Digər xəbərlər