26 C
Baku
Friday, April 19, 2024

Rusiyada Azərbaycan meyvə-tərəvəzinin qiyməti ucuzlaşıb

“Azərbaycan istehsalı olan meyvə-tərəvəzin əsas ixrac bazarı olan Rusiyada qiymətlər əvvəlki vaxtlarla müqayisədə aşağıdır, bu isə fermerlərə problem yaradır, onlar az gəlir əldə edir”.

Bunu açıqlamasında Azərbaycanda Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev deyib.

Bununla belə, onun sözlərinə görə, bu il Azərbaycandan qonşu ölkəyə meyvə-tərəvəz ixracı yenə də artacaq: “2017-ci ildə Rusiyaya 151 min ton, 2018-ci ildə isə 180 min ton məhsul ixrac etmişik. 2019-cu ildə bu rəqəmin artacağını gözləyirik. Azərbaycandan Rusiyaya meyvələrdən əsasən alma və xurma, tərəvəzlərdən isə pomidor göndərilir. Son illər ərəb və Avropa İttifaqı ölkələrinə ixracda artım olsa da, əsas bazar yenə də Rusiyadır. Çünki hər bir coğrafiyanın öz istehsalçısı var. Avropanı İspaniya və Şimali Afrika ölkələri, Türkiyə meyvə-tərəvəz məhsulları ilə təmin edir. Həm coğrafi yaxınlıq var, həm iqlim şəraiti uyğundur, həm də maya dəyəri daha aşağıdır. Azərbaycan həmin ölkələrlə rəqabətə girə bilmir”.

©Report

Son xəbərlər
Digər xəbərlər