10 C
Baku
Thursday, December 12, 2024

Rusiyada azərbaycanlı iş adamı güllələndi

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
 
Banker.az məlumat verir ki, Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.
 
Hadisə yanvarın 31-dən fevralın 1-nə keçən gecə qeydə alınıb. Onun kimlər tərəfindən qətlə yetirildiyi hələlik müəyyənləşməyib. R.Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub.
 
İş adamının meyiti ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək.
 
Faktla bağlı araşdırma aparılır.
©marja.az
Son xəbərlər
Digər xəbərlər