16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Rusiyada bank qarət edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiyanın Sankt-Peterburq şəhərində banka silahlı basqın edilib.

Bu barədə RİA “Novosti”yə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd olunub ki, naməlum şəxs silahla Vasilyevski adasının Bolşoy prospektində yerləşən maliyyə və kredit təşkilatının ofisinə daxil olub. O, bank işçilərini hədələyib, kassadakı pulları oğurlayaraq hadisə yerindən qaçıb.

Oğurlanan pulların miqdarı hələ açıqlanmayıb.

Qarət zamanı heç kim xəsarət almayıb. Hazırda cinayətkarın tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər