Rusiyada banka basqın olub, 3 nəfər girov götürülüb

Rusiyanın Tümen şəhərində naməlum şəxslər “Sberbank”ın yerli bölməsinə basqın edib.

Məlumatı “RİA Novosti” yayıb.

Basqınçılar 3 nəfəri girov götürüb.

İlkin məlumata görə, “Sberbank”ın Tümendəki bölməsi beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Birinci mərtəbə ələ keçirilib. Girov götürülənlər bankın əməkdaşlarıdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.