13 C
Baku
Saturday, May 18, 2024

Rusiyada benzin bahalaşdı

Rusiyanın Avropa hissəsində Aİ-92 markalı benzinin birja qiyməti cümə axşamı günü hərracda 0,6% artaraq bir ton üçün 58,82 min rubl təşkil edib. Bununla da 22 iyun 2023-cü il tarixinə olan rekord göstərici yenilənib.

Ölkənin Avropa hissəsində “Premium-95” markalı benzinin dəyəri 0,6% artaraq 65,62 min rubl təşkil edib.

Məlumata görə, yay dizelinin dəyəri 0,12% artaraq bir ton üçün 51,74 min rubl olub. Mayeləşdirilmiş karbohidrogen qazları 1,2% ucuzlaşaraq bir ton üçün 22,31 min rubl təşkil edib.

Bundan əlavə, mazutun dəyəri 3,49% artaraq bir ton üçün 17,99 min rubla yüksəlib. Reaktiv mühərriklər üçün yanacağın qiyməti (reaktiv yanacaq) 0,15% artaraq bir ton üçün 65,19 min rubl təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər