13 C
Baku
Friday, November 15, 2024

Rusiyada benzin rekord həddə bahalaşdı

İyun ayında Rusiyada benzinin qiyməti rekord həddə bahalaşıb. Aİ-92 markalı benzin ötən gün Sankt-Peterburq birjasında 1 tonu 42,3 min rubla (litri 42,3 rubl – 0,99 AZN) təklif olunub.

Bu, bazar tarixində ən yüksək rekord hesab edilir. Aİ-95 markalı benzinin 1 tonu isə 44,3 min rubla (litri 44,3 rubl – 1,04 AZN) yüksəlib. Bu göstərici sonuncu dəfə 2014-cü ilin oktyabrında qeydə alınıb. “Kortes” informasiya mərkəzinin hesablamalarına görə, 20-24 iyun tarixlərində Aİ-92 benzininin ortalama qiyməti 12 qəpik artaraq litri 34,9 rubl (0,82 AZN) olub. Aİ-95 benzini isə 13 qəpik bahalaşaraq litri 37,88 rubla (0,89 AZN) yüksəlib.

Avtosfer.az

Son xəbərlər
Digər xəbərlər