17 C
Baku
Monday, May 6, 2024

Rusiyada benzin və dizel qıtlığı yarandı

Rusiyanın bir çox regionlarında ayrı-ayrı yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaranıb. 

Bu barədə “İzvestiya” məlumat yayıb.

Məsələ ilə bağlı Energetika Nazirliyi açıqlamasında məlumatı təsdiqləyib: “Rusiyanın cənubuna yanacağın tədarükü ilə bağlı problem həqiqətən də mövcuddur, bu, turizm mövsümündə dəmir yollarının yüksək iş yükü ilə bağlıdır”.

Nazirlik neft şirkətlərinə müstəqil olaraq ölkənin kənd təsərrüfatı rayonlarında dizel yanacağının kiçik topdansatış qiymətlərini tədarük etmək və saxlamaq imkanlarını tapmağı tövsiyə edib. Öz növbəsində, Energetika Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi də regional neft bazalarında kənd təsərrüfatı məhsulları istehsalçılarının yanacaqla təmin olunması problemini həll etməyə çalışır.

Qeyd edək ki Həştərxan, Saratov, Samara, Ryazan, Rostov, Novosibirsk və Volqoqrad vilayətlərində, Xabarovsk diyarında, Krım və Kalmıkiya respublikalarında benzin və dizel qıtlığı müşahidə olunur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər