1 C
Baku
Saturday, December 14, 2024

Rusiyada biznesin mənfəəti kəskin azalıb

2022-ci ilin II yarısında Rusiyada iri və orta şirkətlərin mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45,4 % az olub.

Bu, koronavirus (COVID-19) pandemiyasına görə müəssisələrin bağlı qaldığı 2020-ci ilin I yarısından bəri rekord azalmadır.

Ötən il Rusiyadakı müəssisələr 25,93 trilyon rubl mənfəət əldə edib ki, bu da əvvəlki ilə nisbətən 13 % azdır. Azalmaya səbəb kimi Ukraynaya hücumla əlaqədar bu ölkəyə qarşı tətbiq olunmuş sanksiyalar göstərilir.

Son xəbərlər
Digər xəbərlər