25 C
Baku
Saturday, July 13, 2024

Rusiyada biznesmenlərə silahlı hücum edildi

Rusiyanın Yekaterinburq şəhərində ötən gecə naməlum silahlılar içərisində erməni biznesmenlərin olduğu “Audi” markalı avtomobilə silahlı hücum edərək çoxsaylı atəş açıblar.

“Veçernie vedomosti”yə istinadən, Rusiyanın hüquq-mühafizə orqanları silahlı hücumun əvvəlcədən planlaşdırıldığını bildirib.

Belə ki, pul vəsaitlərinin nəğdləşdirilməsi ilə məşğul olan erməni biznesmenlər avtomobildə özləri ilə böyük məbləğdə nəğd pul aparıblar. Bu barədə öncədən xəbərdar olan naməlum şəxslər pulu ələ keçirmək üçün biznesmenlərin olduğu avtomobili güllələyiblər. Lakin silahlılar hücumu sonadək aparmayıb və hadisə yerini pulu ələ keçirmədən tərk ediblər. İnsident nəticəsində ölən və yaralanan olmayıb.

O da qeyd olunur ki, bilinməyən səbəblərdən silahlı dəstənin atəşi dayandıraraq hadisə yerindən qaçması təəccüb doğurub. Istisna edilmir ki, hücumun əsl məqsədi oğurluq yox, ermənilərə xəbərdarlıq olub. Hadisə yerinə polislə yanaşı, Rusiyadakı erməni diasporunun çoxsaylı nümayəndələrinin şüşələri qara tonlu avtomobillərdə gəlməsi də diqqət çəkib.

İnsidentlə bağlı Rusiya hüquq-mühafiz orqanlarında cinayət işi açılıb, istintaq aparılır.

©AzVision.az

Son xəbərlər
Digər xəbərlər