12 C
Baku
Saturday, November 23, 2024

Rusiyada boşanmalarda Azərbaycan təcrübəsi tətbiq oluna bilər

Rusiyada Azərbaycanda olduğu kimi boşanmalarda məcburi vasitəçiliyin tətbiqi ayrılmaların sayının və məhkəmələrin iş yükünün azalmasına səbəb ola bilər.

Bu barədə Rusiyanın ailənin mühafizəsi, atalıq, analıq və uşaqlıq məsələləri komitəsinin ekspert şurasının işçi qrupunun iclasında iştirak edənlər bildiriblər.

Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Oleq Matveyçev hesabat verərək vurğulayıb ki, Azərbaycanda boşanmalar zamanı vasitəçilik proseduru məcburidir və ondan istifadənin nəticələrindən biri də boşanmaların sayının azalması olub. O, əlində olan statistik məlumatlara əsaslanaraq belə qənaətə gəlib. Belə ki, 2022-ci ildə Azərbaycanda 35 min, 2023-cü ildə isə 43 min cütlük vasitəçilikdən yararlanıb.

 

“Əgər siz bunu 15-ə (Rusiya ilə Azərbaycan arasında əhali fərqi) vursanız, təxminən 500 min nəfər olacaq və bu, Rusiyada bir ildə olduğu qədər boşanma deməkdir. İki ilin nəticələrinə əsasən deyə bilərik ki, ümumiyyətlə, vasitəçilik sayəsində məhkəmələrin yükünü azaltmaq mümkün olub. Müraciətlərin 20 faizi məhkəməyə çatmır, yəni ilk mediasiya iclasından sonra 20 faizi məhkəməyə getməkdən imtina edir. Bu o demək deyil ki, boşanmaların sayı 20% azalıb, çünki vasitəçilikdə cütlüklər təkcə boşanma məsələsini deyil, həm də aliment, əmlak bölgüsü və cehizlə bağlı mübahisələri həll edirlər. Daha 10 faiz məhkəməyə hazır müqavilə ilə gəlir, ona görə də məhkəmənin yükü azalır”, – Matveyçev qeyd edib.

Son xəbərlər
Digər xəbərlər