Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma halları qeydə alınıb.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
Nazir vurğulayıb ki, bununla bağlı məlumatlar dərc olunub.
Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 2 215 533 nəfərə, koronavirusdan ölənlərin sayı isə 38 558 nəfərə çatıb. Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.