Xəstəliyi keçirmiş şəxslərin qan plazması əsasında COVID-19 infeksiyasına qarşı immunoqlubolin istehsalına başlanılıb.
Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.
“COVID-19 infeksiyasına qarşı bu immunoqlubolin artıq yüksək konsentrasiyaya malik preparatdır. O, virusu neytrallaşdırmağa imkan verir və təbii ki, COVID-19 əleyhinə plazma ilə müqayisədə daha prioritetlidir”, – deyə Muraşko Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan müsahibədə deyib.
O qeyd edib ki, təkcə bu və ya digər preparatlarla müalicə heç də hər zaman tam effekt vermir, bu səbəbdən həkimlər onların kombinasiyasından da istifadə edirlər. Nazir bildirib ki, hazırda qan plazmasının virusəleyhinə preparatlarla birləşdirilməsi ilə bağlı yeni məlumatlar meydana gəlib.