24 C
Baku
Thursday, July 25, 2024

Rusiyada da dördgünlük iş həftəsinə keçiləcək

Rusiya vətəndaşları yaxın gələcəkdə dördgünlük iş həftəsinə keçəcəklər.

Bunu Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilov deyib.

“Düşünürəm ki, beş iş günündən dörd iş gününə keçid yaxın gələcəyin işidir. Baxmayaraq ki, bəzi müəssisələr artıq bu formatda – distant və ya part-time məşğulluq çərçivəsində işləyirlər. Üstəlik, pandemiyanın qızğın vaxtında bu, kadrların saxlanması və müəssisənin fəaliyyətinin davam etdirilməsi baxımından ən yaxşı qərarlardan biri idi”, – Nilov “RİA Novosti”yə bildirib.

PppppDeputat onu da qeyd edib ki, yeni iş qrafikinə keçid qanunvericilik aktlarının icrası yox, yalnız mərhələli təkamül şəraitində mümkündür. “Bundan əlavə, qısaldılmış iş həftəsinin ilkin olaraq qeyri-mümkün olduğu fasiləsiz dövriyyəli müəssisələrin işinin xüsusiyyətlərini nəzərə almaq lazımdır”, – Nilov qeyd edib.

Son xəbərlər
Digər xəbərlər